UEFA "Qarabağ"a yarım milyon avro ödəniş edib
    • 23-11-2022, 16:19
    • 250

UEFA "Qarabağ"a yarım milyon avro ödəniş edib

UEFA "Qarabağ" klubuna 504 000 avro məbləğində ödəniş edib.

News24.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "köhlən atlar" bu məbləği UEFA Avropa Liqasının qrup mərhələsində heç-heçə başa çatmış oyunların nəticəsinə görə və turnirdə iştirakla əlaqədar bonus olaraq alıb.

Maliyyə vəsaiti milli assosiasiyanın vasitəçiliyi ilə “Qarabağ”ın hesabına köçürülüb.