-
- 14-01-2019, 11:37
- 1 035
Ölüləri qəbirdən çıxarırlar, meyitləri parçalayıb yeyirlər — Dünyanın ən qorxunc dəfn mərasimləri
Dünyanın bütün xalqlarının özünə məxsus dəfn adətləri var.
Bəzi xalqların və cəmiyyətlərin dəfn mərasimi isə çox qorxuncdur. Bu gün belə dəfn mərasimlərini oxucularımız üçün topladıq.
1.Meyitləri məzarından çıxarırlar
Madaqaskarda insanlar ölüləri ildə bir dəfə qəbirdən çıxarıb kəfənini dəyişirlər. Bu ritual ərzində isə rəqs edirlər. Madaqaskar hökuməti dünyada “Ölülər günü” kimi tanınan və meyitlərin qəbirdən çıxarılıb rəqs edildiyi “Famadihana” festivalını yoluxucu xəstəlik səbəbindən ləğv etmişdi. Bununla belə, yerli xalq qadağaya rəğmən yayın əvvəllərində keçirilən festivalda iştirak edir və yeni geyimlər geyindirdikləri meyitlərin onları müqəddəsləşdirdiyinə inanırlar.
2.Rahiblər meyitləri parçalayırlar
Buddizm inancındakı VII əsrdən qalma meyitləri parçalama adəti var. Bu adətə görə, ölən insanın ruhunun göydəki analarına çatması üçün rahiblər meyitləri parçalara ayırır və leş quşlarının məskəni olan dağ başına aparırlar. Quşlar sayəsində havada dağılan meyit parçalarının Səma Anaya çatacağına inanırlar.
3.Əri üçün diri-diri yandırırlar
Hindistanın bəzi bölgələrində hələ də yaşayan adətdir. Bu adətə əsasən, evli kişi arvadından əvvəl dünyasını dəyişsə, qadını ərinə olan sədaqətini isbat etməsi üçün diri-diri yandırıb öldürürlər.
4.Tabutu asırlar
Çinin cənub-qərbindəki Bo bölgəsində ölən insanların meyitlərini basdırmaq və yandırmaq əvəzinə tabutla birlikdə uçurumdan asırlar.
5.Meyitləri yandırıb əylənərək izləyirlər
Aborigenlər ölünü boyalarla bəzədikdən sonra köz üzərində qızardırlar. Meyit qızararkən aborigenlər bu səhnəni izləməkdən böyük zövq alırdılar.
6.Meyitləri yeyirlər
Dierilər ölən insanın üzünü, qolunu, ayağını və yağlı tikələrini yeyərək, bu orqanların onlara qeyri-adi güc mənbəyi olduğuna inanırlar.
7.Peşəsinə görə tabut
Qanada dəfn işi sənətə çevrilib. Qanalılar ölən insanın işinə, peşəsinə görə tabut hazırlayırlar. Məsələn, bir balıqçının tabutunu qayıq formasında, varlı adamın tabutunu isə “Mercedes” formasında dizayn edirlər.
//ÖlkəAz