Ronaldo koronavirusa yoluxdu

Ronaldo koronavirusa yoluxdu İdman
Braziliya millisinin sabiq futbolçusu Ronaldo koronavirusa yoluxub.

News24.az xəbər verir ki, veteran hücumçu bu səbəbdən yığmanın Qətərdəki dünya çempionatında bu gün Serbiyaya qarşı keçirəcəyi G qrupunun I tur oyununu stadiondan izləyə bilməyəcək.

Test nəticəsi müsbət çıxan əfsanəvi forvard qaldığı hoteldə karantinə alınıb.

Qeyd edək ki, Ronaldo 1994 və 2002-ci dünya çempionatlarının qalibi olub.