Samuxda quyuda 68 yaşlı kişinin meyiti tapılıb
    • 25-11-2022, 23:43
    • 244

Samuxda quyuda 68 yaşlı kişinin meyiti tapılıb

Samux rayonunda quyuda 68 yaşlı kişinin meyiti tapılıb.

1954-cü il təvəllüdlü Tofiq Əhmədovun meyiti rayonun Çobanabdallı kəndində quyudan çıxarılıb.

Onun insult xəstəsi olduğu, həmin vaxt həyətdə olan dərinliyi iki metr quru quyunun yaxınlığından keçən zaman ora yıxıldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır./Report/