Azərbaycanın veteran futbolçusu vəfat edib - FOTO
    • 26-11-2022, 11:39
    • 185

Azərbaycanın veteran futbolçusu vəfat edib - FOTO

Azərbaycanın veteran futbolçusu, Respublika dərəcəli hakim Elçin Sultanov vəfat edib.

News24.az "Report"-a istinadən xəbər verir ki, Tovuz futbolunun yetirməsi olan keçmiş yarımmüdafiəçi SSRİ Zaqatalanın "Daşqın" və Ağdamın "Məhsul" klublarının formasını geyinib.

1974-cü ildən peşəkar hakimliklə məşğul olan Sultanov sonradan fəaliyyətini hakim-inspektor kimi davam etdirib.

Allah rəhmət eləsin!