İranda təyyarə qəzaya uğrayıb: ekipaj ölüb - FOTO - VİDEO
    • 14-01-2019, 14:30
    • 659

İranda təyyarə qəzaya uğrayıb: ekipaj ölüb - FOTO - VİDEO

İranın Kərəc şəhərində qəzəya uğrayan “Boeing 707” yük təyyarəsinin Bişkek-Kərəc reysi ilə uçduğu məlum olub.

Pilotlar təyyarəni Payam Beynəlxalq aeroportu əvəzinə, səhvən Fəth hava limanında endirməyə çalışıb.

Qəza nəticəsində doqquz nəfərin öldüyü xəbər verilir.

İlkin məlumata əsasən, “Boeing 707” yük təyyarəsi eniş zamanı hava limanının uçuş-eniş zolağından xeyli uzaqlaşıb və divara çırpılaraq yanmağa başlayıb.

İran ordusuna məxsus olan yük təyyarəsində Bişkekdən İrana 30 ton ətin daşındığı bildirilir. Bəzi xəbərlərə görə, qəzadan bir nəfər sağ çıxıb.

Bundan əvvəl hadisə yerindən yeddi qurbanın meyiti aşkarlanıb.

//OxuAz