Ərdoğan: "2023-cü ilin sonunadək “Bayraktar Kızılelma"nın istehsalına başlanılacaq"
    • 26-11-2022, 22:12
    • 388

Ərdoğan: "2023-cü ilin sonunadək “Bayraktar Kızılelma"nın istehsalına başlanılacaq"

2023-cü ilin sonuna kimi Türkiyənin ilk pilotsuz qırıcısı “Bayraktar Kızılelma"nın istehsalına başlanılacaq.

News24.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Konyada AKP-nin toplantısında deyib.

Qeyd edək ki, milli və orijinal olaraq “Baykar” tərəfindən hazırlanan Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi “Bayraktar Kızılelma”nın ilk mühərrik inteqrasiya sınağı bu ilin sentyabrda tamamlanıb.

“Bayraktar Kızılelma”nın ilk uçuşunun gələn həyata keçirilməsi planlaşdırılır.