Türkiyə "Qızıl Alma" pilotsuz döyüş təyyarəsini təqdim etdi - VİDEO
    • 31-08-2022, 12:10
    • 689

Türkiyə "Qızıl Alma" pilotsuz döyüş təyyarəsini təqdim etdi - VİDEO

Samsunda keçirilən "Texnofest Qaradəniz" aerokosmik festivalında "Baykar Texnoloji" şirkəti ilk dəfə olaraq "Bayraktar Qızılalma" zərbə pilotsuz təyyarəsini nümayiş etdirib.

News24.az Türkiyə KİV-ə istinaən xəbər verir ki, əslində pilotsuz reaktiv qırıcı olan bu modeli yaratmaq üçün konstruktorlara 12 il vaxt lazım olub. 14 mart 2022-ci ildə "Baykar" şirkətin rəhbəri Selçuk Bayraktar RUA-nın prototipinin istehsalına başlanıldığı açıqlayıb. Dünən isə "Bayraktar Qızılalma"ictimaiyyətə təqdim edilib.

Pilotsuz təyyarə turboreaktiv mühərrik, inkişaf etmiş süni intellekt sistemi ilə təchiz olunub, "Baykar" mütəxəssislərinin dediyinə görə, yeni PUA “aqressiv manevr” qabiliyyətinə malikdir və çətin nəzərə çarpır. Uçuş üçün ona minimum uzunluqda zolaq lazımdır ki, bu da ona məsələn, gəminin göyərtəsindən istifadə etməyə imkan verəcək.

"Qırmızı alma" iki əsas modifikasiyada istehsal olunacaq: Ukrayna istehsalı olan AI-25TLT mühərrikli MIUS-A səsdən yuxarı sürətə yaxın olacaq. MIUS-B isə Ukraynanın AI-322F mühərriki və ya Türkiyənin TEI TF-6000 mühərriki ilə təmin ounacaq və səsdən sürətli olacaq. Bu model 2,5 dəfə daha güclü mühərrik sayəsində yüksək parametrləri ilə seçiləcək. MIUS-A aşağıdakı xüsusiyyətə malikdir: "Bayraktar Qızılalma"nın maksimum uçuş çəkisi təxminən 6000 kq-dır, bunun 1500 kq-dan çoxu faydalı yükün payına düşür, sursat-yükqaldırma qabiliyyəti 1000 kq-dır, sürəti 700 km/saatdır, əməliyyat hündürlüyü 10 000 m, maksimal uçuş müddəti 5 saat, hərəkət radiusu isə 926 km-dir.

"Baykar" və Ukrayna hakimiyyət orqanları arasında bağlanmış müqaviləyə əsasən, Ukraynadakı Bayraktar zərbə pilotsuz təyyarələri istehsal edən zavod təkcə özünü təsdiq etmiş TB2 modelini deyil, həm də yeni pilotsuz qırıcıları - Bayraktar Akıncı və Bayraktar Qızılalmanı istehsal edəcək. Türkiyə şirkəti özü də 2023-cü ildə reaktiv “alma”ların kütləvi istehsalına başlamaq niyyətindədir.