-
- 26-11-2022, 22:30
- 285
Türkiyə hərbi antiterror əməliyyatları üçün icazə istəməyəcək - İbrahim Kalın
“Türkiyə ölkənin milli təhlükəsizliyini təmin etmək məqsədi daşıyan hərbi antiterror əməliyyatları keçirmək üçün icazə istəməyəcək”.
News24.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirib.
O qeyd edib ki, Ankara çağırış və təhdidlərin aradan qaldırılması üçün birgə addımlar atmaq məqsədilə öz tərəfdaşları ilə masaya oturmağa hazırdır. Bu olmadığı təqdirdə isə məsələni öz gücünə həll etmək niyyətindədir.
Kalın qeyd edib ki, Türkiyə ordusunun Suriya və İraqla həmsərhəd ərazilərdəki bütün qərar və addımları BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanır.
“Terrorizmlə mübarizənin müasir konsepsiyası təhlükənin ocağında məhv edilməsini nəzərdə tutur”- deyə fikrini yekunlaşdırıb.
Qeyd edək ki, noyabrın 20-də Türkiyə Müdafiə Nazirliyi “Pəncə-Kilid” əməliyyatını elan edib. Ankara noyabrın 13-də İstanbulun mərkəzində baş verən terror aktında Suriyadakı Kürdüstan Fəhlə Partiyasının əli olduğuna inanır.
Türkiyə silahlı qüvvələri əməliyyat nəticəsində Suriyada sığınacaq və sursat anbarları da daxil olmaqla 89 hədəfi məhv edib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, Ankara Rusiyanın 2019-cu il Soçi razılaşmasına uyğun olaraq kürd birləşmələrinin respublika sərhədindən çıxarılması ilə bağlı verdiyi vədləri yerinə yetirməkdən “imtina etməsi” ilə əlaqədar Suriya və İraqda hava əməliyyatına başlayıb.