Faciəvi şəkildə ölən hərbçi 4 aydır Kəlbəcərdə imiş
    • 28-11-2022, 14:37
    • 207

Faciəvi şəkildə ölən hərbçi 4 aydır Kəlbəcərdə imiş

Ötən gün bədbəxt hadisə nəticəsində vəfat edən Azərbaycan ordusunun hərbçisi Nurəddin Mirzəzadə subay olub.

News24.az-ın əldə etdiyi məlumata görə, Quru Qoşunlarının müddətli hərbi qulluqçusu olan N.Mirzəzadə 4 ay imiş ki, Kəlbəcərdə dislokasiya edilmiş hərbi hissədə xidmət edirmiş.

Bədbəxt hadisə onun xidmət etdiyi və Zar kəndi yaxınlığındakı ərazidə baş verib. 

Bildirilib ki, faktla bağlı hərbi prokurorluq tərəfindən araşdırma aparılır.