Kəlbəcərdə faciəvi şəkildə ölən Bəhruz Rüstəmovun FOTOSU
    • 7-09-2022, 14:46
    • 10 204

Kəlbəcərdə faciəvi şəkildə ölən Bəhruz Rüstəmovun FOTOSU

Kəlbəcər rayonunda işləyən Göyçay sakini bədbəxt hadisə zamanı dünyasını dəyişməsi barədə xəbər vermişdik.

News24.a
z faciəvi şəkildə həlak olan Göyçay rayonu Mallı-Şıxlı kənd sakini, 1965-ci il təvəllüdlü Rüstəmov Bəhruz Xudat oğlunun fotosunu təqdim edir.

Bildirilir ki, o, 1 ildən çox imiş ki, Kəlbəcərdə yol tikintisində çalışırmış.

Hadisə Kəlbəcər rayonunun Alagöl kəndi ərazisində baş verib. Belə ki, yol çəkilişi zamanı idarə etdiyi qreyderdən yerə düşərkən ehtiyatsızlıqdan ayağı sürüşüb, yıxılaraq başı daşa dəyib.

Bəhruz Rüstəmov ağır kəllə-beyin travması aldığı üçün hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.