Yeni tikiləcək 9 metrostansiyanın ÜNVANI BİLİNDİ - VİDEO
    • 29-11-2022, 18:04
    • 21 368

Yeni tikiləcək 9 metrostansiyanın ÜNVANI BİLİNDİ - VİDEO

"Bakı Metropoliteni tərəfindən 9 yeni metro stansiyası tikiləcək. Bunlardan 3-ü “Dərnəgül” və “Koroğlu” stansiyası arasında inşa olunacaq".

News24.az xəbər verir ki, bu barədə atv səhər-ə danışan Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, 2 stansiya Ziya Bünyadov prospektindən, 3-cü isə “Koroğlu” stansiyasından keçməklə ona yaxın tikiləcək:

“Xətai” stansiyasından sonra Ağ şəhər kimi böyük layihəmiz var. Eyni zamanda NZS adlanan qəsəbəyə doğru - 8 noyabr prospektində 1 stansiyanın, “Nargilə kafesi” adlandırılan və köhnə Bakı Avtomobil Zavodu istiqamətində başqa bir stansiyanın və “Həzi Aslanov” stansiyasına keçid stansiyanın inşası nəzərdə tutulur".