“Al Market”ə saxta 100 manat verib bazarlıq etdi
    • 30-11-2022, 14:22
    • 233

“Al Market”ə saxta 100 manat verib bazarlıq etdi

Ucar rayonunda marketdə saxta pulla alver edən şəxs axtarılır.

News24.az-ın məlumatına görə, hadisə noyabrın 27-də baş verib.

Ucar şəhəri ərazisində yerləşən “Al market”ə gələn şəxs bazarlıq etdikdən sonra satıcıya saxta 100 manat təqdim edib. Müştəri gedəndən sonra verilən pulun saxta olması üzə çıxıb. Bundan dərhal sonra marketin satıcısı, 1999-cu il təvəllüdlü Novruz Əlirzayev polisə məlumat verib. O, bildirib ki, pulu təqdim edən şəxsin adı Nəzər olub.

Faktla bağlı Ucar rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.