Bakıda evdə qonağın pulları və 10 minlik qızılları yoxa çıxdı
    • 30-11-2022, 14:56
    • 166

Bakıda evdə qonağın pulları və 10 minlik qızılları yoxa çıxdı

Bakıda qonaq olan Rusiya vətəndaşının pulları və xeyli qızılı oğurlanıb.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə bir neçə gün əvvəl Binəqədi qəsəbəsi Cəfər Cabbarlı küçəsindəki evdə baş verib.

G.Səfərovaya məxsus evdə qonaq olan Rusiya vətəndaşı, 1972-ci il təvəllüdlü Xanım Əzizovaya məxsus 2 min manat pul və 10 min manat dəyərində qızıl-zinət əşyaları müəmmalı şəkildə yoxa çıxıb. O, hadisə barədə ərazi üzrə polis bölməsinə məlumat verib.

Oğurluğun kim tərəfindən törədilməsi araşdırılır.