Avtomobil velosipedlə toqquşdu - Ağdaş sakini öldü
    • 15-01-2019, 10:10
    • 858

Avtomobil velosipedlə toqquşdu - Ağdaş sakini öldü

Ağdaş rayonunda ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Report-a istiandən xəbər verir ki, hadisə Mürsəl kəndi yaxınlığından keçən magistral yolda baş verib.

Belə ki, “Mercedes” markalı minik avtomobili velosipedlə toqquşub. Hadisə nəticəsində 1994-cü il təvəllüdlü velosipedçi Osmanov Məhəmməd Rəşid oğlu yerində ölüb. 1971-ci il təvəllüdlü Abdullayev Elçin Rza oğlu isə ağır vəziyyətdə Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Ağdaşda avtomobil piyadanı vuraraq öldürüb. 


//FemidaAz