“Qazel” velosipedlə toqquşdu, ölən var
    • 29-12-2019, 20:18
    • 888

“Qazel” velosipedlə toqquşdu, ölən var

Kürdəmirdə "Qazel" markalı yük avtomobili velosipedlə toqquşub.
News24.az, hadisə rayonun Şıxımlı kəndində baş verib.
Belə ki, rayonun Şıxımlı kənd sakini, 1998-ci il təvəllüdlü Məlikov Nicat Məlik oğlu idarə etdiyi "Qazel" markalı yük avtomobili ilə hərəkətdə olarkən həmkəndlisi, velospied üzərində olan Nəbiyev Kənan Tural oğlunu vurub.
Ağır xəsarətlər alan K.Nəbiyev hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.