İspaniya Ukraynaya “Hawk” HHM verib
    • 2-12-2022, 21:59
    • 246

İspaniya Ukraynaya “Hawk” HHM verib

“İspaniya bundan sonra da Ukraynaya dəstəyini davam etdirəcək. Artıq ilk “Hawk” hava hücumundan müdafiə sistemləri ölkəyə gətirilib”.

News24.az xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov tviter səhifəsində yazıb.

Nazirin sözlərinə görə, İspaniya Ukraynaya humanitar yardım göstərməklə yanaşı, təhlükəsizlik sahəsində də yardımı davam etdirəcək.

“Daha çox əsgərimiz İspaniyada təlim keçəcək”, - nazir yazıb.