Daha 21 nəfər COVID-19-a yoluxub
    • 3-12-2022, 19:40
    • 479

Daha 21 nəfər COVID-19-a yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 21 yeni yoluxma faktı qeydə alınıb, 22 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 824 452 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 814 211 nəfər müalicə olunaraq sağalıb, 9 983 nəfər vəfat edib, aktiv xəstə sayı 258 nəfərdir.

Ölkədə son sutka ərzində 1 678, hazırkı dövrədək isə 7 380 526 test aparılıb.