İstanbula uçan təyyarədə problem yarandı - QƏZA ENİŞİ ETDİ- VİDEO
    • 5-04-2021, 15:31
    • 421

İstanbula uçan təyyarədə problem yarandı - QƏZA ENİŞİ ETDİ- VİDEO

Kazan-İstanbul reysini həyata keçirən təyyarə Moskvanın Şeremetyevo hava limanına təcili eniş edib.

News24.az TASS-a istinadən xəbər verir ki, Moskva vaxtı ilə saat 14:16-da təyyarə təhlükəsiz şəkildə Şeremetyevoya enib. 

Bildirilir ki, Kazan səmasında təxminən 15 dəfə dövr vuran təyyarə texniki nasazlıq səbəbiylə istiqamətini dəyişdirərək Moskvaya uçub.

Kazan Beynəlxalq Hava Limanının mətbuat katibi Adel Gataullinin verdiyi məlumata görə, Kazan-İstanbul reysi təyyarə komandirinin qərarı ilə Şeremetyevoya texniki eniş üçün göndərilib.

*** 14:48
Kazandan İstanbula uçan "NordWind" aviaşirkətinin təyyarəsi Moskvada təcili enişə hazırlaşır.

News24.az "REN TV"-yə istinadən xəbər verir ki, buna səbəb eniş mexanizminin dayağının geri çəkilməməsidir. Təyyarənin yanacağı bitdikdən sonra Moskvanın Şeremetyevo hava limanında qəza enişi edəcəyi gözlənilir.

Aviaşirkət yaranan vəziyyətlə bağlı açıqlama verməyib.