170 min dollar maaşla "siçovul ovçusu" AXTARILIR
    • 5-12-2022, 11:10
    • 263

170 min dollar maaşla "siçovul ovçusu" AXTARILIR

Nyu-York şəhər bələdiyyəsi maraqlı iş elanı verib. 

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, bələdiyyə artan gəmiricilərlə mübarizə üçün "siçovul ovçusu" axtarır. 

“Gəmiricilərin azaldılması üzrə menecer” kimi verilən vəzifə üçün illik 170 min dollar maaş verilməsi nəzərdə tutulub.

Menecer vəzifəsi üçün müraciət edəcək namizədlər üçün əsas tələb isə yüksək motivasiyalı və qaniçən olmasıdır.

Qeyd edək ki, Nyu-York şəhərinin rəsmi məlumatına görə, meqapolisdə siçanların sayı əvvəlki illə müqayisədə 70 faiz artıb.

Qumral Əliyeva