-
- 5-12-2022, 15:15
- 380
Əlillər Günü münasibəti ilə “Eşidin səsimi” adlı konsert keçirilib
3 dekabr Beynəlxalq Əlillər Günü münasibəti ilə Bakı Kitab Mərkəzində autizimli uşaqların iştirakı ilə “Eşidin səsimi” adlı konsert keçirildi. “Birgə və Sağlam” İctimai Birliyi və “Ümid Var” Könüllülər Cəmiyyətinin təşkilatçılığı ilə kecirilən tədbirdə autizmli uşaqlar istedadlarını incəsənətin bir sıra sahələrində nümayiş etdirdilər.
News24.az xəbər verir ki, konserti giriş sözü ilə “Birgə və Sağlam” İctimai Birliyinin rəhbəri Aytən Eynalova, “Ümid var” Könüllülər Cəmiyyətinin rəhbəri Nazilə Məhərrəmova açaraq belə tədbirlərin kecirilməsinin uşaqların sosiallaşması ilə yanaşı, camiyyətin maariflənməsində mühüm rol oynadığını söylədilər.
İnklüziv cəmiyyətə tövhə olaraq tədbir boyu tamaşaçılar autizimli uşaqların tanınmış sənətçilər Elnarə Xəlilova, Tofiq Hacıyev, əməkdar artist Bəhruz Vaqifoglu ilə şairlər Şəhriyar del Gərani, Nigar Həsənzadə ilə bərabər çıxışlarını izlədilər.
Tədbirdə çıxış edən millət vəkili Jalə Əhmədova autizmli uşaq analarını fədakar analar adlandıraraq, qanunvericilikdə də hazırda onlara dəstək olmaq məqsədi ilə dəyişikliklər etməyə çalışdıqlarını vurğuladı.
Tanınmış jurnalist Ülkər Rəşidqızının və şair Şəhriyyar del Gəraninin aparıcılıgı ilə keçən konsertdə autizmli uşaqlardan ibarət olan “Mavi Ürəklər” Xor və Ritm qrupunun bəstəkar Arzu Səmədqızının müşayəti ilə rəngarəng ifaları, ritmik nömrələr, “Əngəlləri birlikdə aşaq” kompozisiyası, autizmli uşaqlardan ibarət rəqslər maraqla qarşılandı.
Konsertdə cıxış edən Bakı Kitab Mərkəzinin rəhbəri Günel Anarqızı bu tədbirlərin və uşaqların özəl olduğunu dedi.
Tədbirin sonunda tanınmış müğənni Elnarə Xəlilovanın autizmli uşaqlara həsr olunan “Olduğum kimi“ klipinin təqdimatı oldu.