Ay rəqabəti qızışır! ABŞ-dan sonra indi də...
    • 6-12-2022, 10:27
    • 382

Ay rəqabəti qızışır! ABŞ-dan sonra indi də...

Amerikalılardan sonra indi yaponlar Yerin təbii peyki olan Aya getmək üçün addım atıblar.

News24.az xəbər verir ki, Yaponiyanın özəl şirkəti olan “Ispace” özünün “Hakuto-R” kosmik gəmisini Aya göndərməyə hazırlaşır.

Noyabrın 30-da Amerikanın özəl kosmik şirkəti "SpaceX"-in "Falcon 9" raketi ilə Aya göndərilməli olan "Hakuto-R"-in orbitə buraxılması təxirə salınıb.

Buna səbəb isə uçuş üçün daha çox məlumat toplamaq olub. 

Missiya uğurlu olarsa, "Hakuto-R" özəl firma tərəfindən maliyyələşdirilən və inşa edilən, eyni zamanda da Aya enən ilk kosmik gəmi ola bilər.

Lakin tarixlər hələ dəqiqləşdirilməsə də, bəzi rəqib şirkətlər gələn il Aya kosmik gəmi göndərməyi planlaşdırır.

Hakuto-R kosmik gəmisi Yaponiya və Birləşmiş Ərəb Əmirliklərinin Aya gedən ilk kosmik robotlarını daşıyır.

Qeyd edək ki, ABŞ Kosmik Agentliyi NASA isə ötən ay "Artemis" proqramı çərçivəsində Aya "Artemis-1" kosmik gəmisini göndərib. /Haber Global/

Teymur Məmmədov