Səhərlər nə qədər kofein qəbul etmək lazımdır? - Alimlər açıqladı
    • 7-12-2022, 13:06
    • 335

Səhərlər nə qədər kofein qəbul etmək lazımdır? - Alimlər açıqladı

İş zamanı yaddaşı yaxşılaşdırmaq üçün kiçik bir doza kofein kifayətdir.

News24.az xəbər verir ki, bu barədə taylandlı alimlər açıqlama ediblər. 

Aparılan təcrübədə 25 kişi iştirak edib.

Təcrübədə iştirak edənlərin bir qisminə 50 mq kofein (yarım fincan adi dəmlənmiş qəhvə) qatılmış su, digərlərinə isə adi su verilib. Alimlər əvvəlcə iştirakçıların beyin fəaliyyətini ölçüblər. 

Bundan sonra hər bir iştirakçı öz içkisini qəbul edib.  

Məlum olub ki, kofein qəbul etdikdən 30 dəqiqə sonra beyində alfa dalğalarının fəaliyyəti ləngiyib, koqnitiv funksiyalar, yəni əl və gözlərin fəaliyyətinin  sürəti, iş yaddaşı, diqqəti yaxşılaşıb, yuxululuq aradan qalxıb.

Tədqiqatın nəticələri “Physiology & Behavior” jurnalında dərc olunub.