Qəhvə qadın sinəsinin ölçüsünə təsir edir
    • 11-03-2019, 22:00
    • 1 795

Qəhvə qadın sinəsinin ölçüsünə təsir edir

Qəhvə dünyanın ən məşhur alkoqolsuz içkilərindən sayılır. 

News24.Az bu yazının əksər qəhvəsevər xanımlar üçün yararlı ola biləcəyini bildirir.

Məsələ burasındadır ki, tez-tez qəhvə içmək xanımların sinələrinin ölçüsünə təsir edir - üstəlik də mənfi tərəfdən...

Tədqiqatçılar tez-tez qəhvə içən yüzlərlə xanımın üzərində sınaq keçiriblər. Nəticədə məlum olub ki, gündə ən az 2 fincan qəhvə içən xanımın sinəsində 17% kiçilmə prosesi gedir. Tədqiqatçılar bunun sadə izahını veriblər: kofein qadınların sinə sahəsində yağ toxumasının əmələ gəlməsinə bağlı olan hormon estrogeninin istehsalına mənfi təsir göstərir. 

Bununla belə, qeyd etmək lazımdır ki, qəhvəni çox içməyi sevən xanımlar arasında dəri xərçəngi insidansı bu içkini istifadə etməyənlərdən 20% azdır. Buna baxmayaraq, qadınların gün ərzində 1 fincandan artıq qəhvə içməmələri tövsiyə olunur.