Çörəyin arasına silah qoyub, ofisiantı güllələdi - FOTO
    • 22-08-2022, 10:53
    • 4 713

Çörəyin arasına silah qoyub, ofisiantı güllələdi - FOTO

Türkiyənin Zonquldağ vilayətində Serkan Uzun adlı şəxs kazinoya buraxılmadığı üçün ofisiantı güllələyib.

News24.az "musavat.com"-a istinadən bildirir ki, Serkan Uzun ofisiant tərəfindən içəri buraxılmadıqdan sonra evinə gedib, silahını çörəyin arasına qoyub, sonra kazinoya daxil olaraq ofisianta atəş açıb. O, ofisiantı ayağından yaralayıb.

Hadisəyə şahid olan məkan sahibinin qardaşı Yunus Aydın da Serkan Uzuna atəş açaraq onu yaralayıb.

Hər iki şəxslə bağlı cinayət işi başlanıb.