Daxili İşlər nazirindən general Həzi Aslanovun  yerinə TƏYİNAT
    • 14-11-2019, 23:40
    • 1 623

Daxili İşlər nazirindən general Həzi Aslanovun yerinə TƏYİNAT

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.


News24.az xəbər verir ki, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.


Əmrə əsasən, Lənkəran Şəhər-Rayon Polis İdarəsinin rəisi, polkovnik İslam Hümbətov vəzifəsindən azad edilib.


Nazirin digər əmrinə əsasən, o, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə rəisi təyin edilib.


Qeyd edək ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçmiş rəisi, polis general-mayoru Aslanov Həzi Arif oğlu tutduğu vəzifədən azad edilərək DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə rəis təyin olunub.