BMT-dən İrana çağırış: Edamları dayandırın
    • 9-12-2022, 10:41
    • 286

BMT-dən İrana çağırış: Edamları dayandırın

Birləşmiş Millətlər Təşkilatı İrana çağırış edib.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, BMT İranın etirazlar zamanı həbs olunan şəxsi edam etməsindən sonra edamların dərhal dayandırılmasını istəyib.

BMT baş katibinin sözçüsü Stefan Dujarrik verdiyi açıqlamada ölüm hökmünün qəti əleyhinə olduqlarını bildirib.

Xatırladaq ki, Mohsen Şekari İranda  Məsha Əmini etirazlarında edam olunan ilk şəxs olub. 

O, etiraz aksiyalarında İran polisinə bıçaqla zərbə vurduğu üçün həbs edilmişdi. 

Qumral Əliyeva