-
- 9-12-2022, 11:34
- 251
"Dözümsüzlük və ikili standartlardan ən çox Azərbaycan xalqı əziyyət çəkib"
"İnsan Hüquqları haqqında bəyannamə irqindən, dinindən, cinsindən, mənşəyindən asılı olmayaraq, ümumbəşəri qanuni sənəd və nümunə olub. Ümumdünya İnsan Hüquqları Bəyannaməsi mütləq sənəd olmasa da, dövlətlər üçün vacib sənəd rolunu oynayır. Bu sənəd ilk dəfə olaraq hər bir insanın bərabərlik və ləyaqət hüququnu bəyan etdi".
News24.az-ın məlumatına görə, bunu Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75-ci ildönümündə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.
O bildirib ki, bu bəyannamə dövlətlərin insan hüquqları ilə bağlı mövqeyini dəyişdi: "Lakin təəssüf ki, hələ də dünyada milyonlarla insanın hüquqları pozulmaqdadır. COVID 19 pandemiyası fonunda dünyada yüzminlərlə insanın iqtisadi və sosial durumu üçün təhdid olan aclıq və sosial bərabərsizlik artmaqdadır.
Dözümsüzlük və ikili standartlardan ən çox Azərbaycan xalqı əziyyət çəkib. BMT-nin hüquqi sənədlərinə baxmayaraq, Azərbaycanın torpaqları işğal altında qalıb. Ermənistan dövləti Azərbaycan xalqına qarşı insanlıq əleyhinə terror törədib".
Ombudsman əlavə edib ki, Azərbaycanda insan hüquqları və azadlıqları yüksək səviyyədə təmin edilir: "İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsində səmərəli təsisatlardan biri də Ombudsman aparatıdır".
Məhərrəm Əliyev