“Evinizdə 40 gün üzərlik yandırsanız...” – MÖCÜZƏVİ BİTKİ
    • 9-12-2022, 16:22
    • 454

“Evinizdə 40 gün üzərlik yandırsanız...” – MÖCÜZƏVİ BİTKİ

İnsanlar arasında nəzər otu kimi tanınan üzərlik üzərlikçiçəklilər fəsiləsinə aiddir. Xalq inancında və mifologiyada bu otun bəd nəzərdən qoruduğuna inanılır. Bundan əlavə, üzərlik toxumundan alınan yağlar alternativ tibb üsulu kimi istifadə olunur. Üzərlik istehlak edilə bilsə də, ən geniş yayılmış istifadə üsulu yandırmaqdır.


News24.az xəbər verir ki, iddialara görə, üzərlik otunun tüstüsü “Dimetiltriptamin” (DMT) adlı rahatlama hormonunu artırır.

Xalq inancına görə, bir tavanın içərisinə az miqdar duz əlavə edib üzərlik toxumunu 40 gün ərzində evinizdə yandırsanız, ailəniz və eviniz pis nəzərdən, neqativ enerjidən uzaq olacaq.


Həmçinin üzərlik vasitəsilə stres və narahatlıqdan da qurtulmaq olar. Bundan əlavə, qeyd olunur ki, üzərlik otunun tüstüsünü daxilə qəbul etməklə sinus boşluqlarında olan tıxanıqları da açmaq mümkündür.