Qızdırmanı aşağı salır, qaşınmanı aradan qaldırır, sızanaqları təmizləyir… - MÖCÜZƏVİ BİTKİ
    • 6-09-2020, 11:00
    • 1 112

Qızdırmanı aşağı salır, qaşınmanı aradan qaldırır, sızanaqları təmizləyir… - MÖCÜZƏVİ BİTKİ

Çoğan otunun çox sayda faydası mövcuddur. Kökü və yarpaqları əsasən, bitki çayı kimi istehlak edilir. Bu otun ən təəccüblü xüsusiyyəti budaqlarının və kökünün köpüklənə bilməsidir. 

News24.az çoğan otunun faydalarını təqdim edir:

- Çay kimi istehlak edildikdə bəlğəm çıxarır.
- Revmatik ağrıları aradan qaldırır.
- Bağırsaqları təmizləyir.
- Qızdırmanı aşağı salır.
- Menstruasiya ağrılarını minimuma endirir.
- Qəbizlik üçün faydalıdır.
- Leykoz dərmanlarında istifadə edilir.
- Sinəni yumşaldır və daha rahat nəfəs almağa kömək olur.
- Sızanaq müalicəsində təsirlidir.
- Qaşınmanı aradan qaldırır.
- Yorğun və gərgin bədənə rahatladıcı təsir göstərir.
- Seboreya xəstəliyi ilə mübarizədə effektlidir.

Qeyd edək ki, otun tərkibində müəyyən miqdarda toksin var. Bu səbəbdən çay şəklində istehlak edilməsinə diqqət etmək lazımdır. Tez-tez istehlak edildikdə, ishala səbəb ola bilər. Eyni zamanda, insanı tez-tez sidiyə getməyə məcbur edə bilər. Hamilə və süd verən qadınların istifadə etməməsi tövsiyə olunur.

Məhərrəm