Azərbaycanda dəhşət – 3 nəfər hamamda zəhərləndi, 2-si öldü
    • 9-12-2022, 16:55
    • 218

Azərbaycanda dəhşət – 3 nəfər hamamda zəhərləndi, 2-si öldü

Masallı sakini dəm qazından boğularaq ölüb.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Təzə Alvadı kəndində baş verib. Kənd sakini, 43 yaşlı Bəxtiyar İbiş oğlu Musayev hamam otağında qazdan zəhərlənib. O, hadisə yerində ölüb.

Oxşar hadisə Bakı şəhər Binəqədi rayonunda da baş verib. 1964-cü il təvəllüdlü Hüseyn Sadıqov hamamda dəm qazından boğularaq ölüb.

Göygöl rayonunda isə hamamda dəm qazından zəhərlənən 12 yaşlı oğlanın həyatını xilas etmək mümkün olub. Hadisə gecə saatlarında Göygöl şəhəri Heydər Əliyev prospekti 87 ünvanında baş verib. 2010-cu il təvəllüdlü Hüseyn Vüqar oğlu Bayramov hamamda qazdan zəhərlənib. Ona tibbi yardım göstərilib və həyatı xilas edilib.

Taleh BAĞIROV