İki nəfər dəm qazının qurbanı oldu
    • 25-04-2022, 13:20
    • 471

İki nəfər dəm qazının qurbanı oldu

Bakı sakini dəm qazından zəhərlənərək vəfat edib.

News24.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib. 1973-cü il təvəllüdlü Hilal Əhmədov yaşadığı mənzildə qazdan boğularaq ölüb.

Oxşar hadisə Abşeron rayonu Atyalı yaşayış massivində də qeydə alınıb. 1940-cı il təvəllüdlü Sərxoş Səmədov hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.