Yevlaxda qəza olub, xəsarət alan var
    • 10-12-2022, 23:02
    • 248

Yevlaxda qəza olub, xəsarət alan var

Yevlaxda qəza olub bir.

News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlimat yayıb.

Nazirliyin "112" qaynar telefon xəttinə Yevlax şəhərinin Tanrıqulular kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Aran Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Hyundai” və “Opel” markalı iki minik avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən birgə xilasetmə tədbirləri nəticəsində 1 nəfər müxtəlif xəsarətlərlə zədələnmiş avtomobildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.