-
- 16-01-2019, 13:00
- 1 091
Nazirlik açıq havada işləyənlərə xəbərdarlıq etdi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanvarın 16-dan başlayaraq ölkə ərazisində ifrat təhlükəli hidrometroloji hava proqnozu ilə bağlı işəgötürənlərə müraciət edib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, həmin günlərdə ölkə ərazisində açıq hava altında işləməyin təhlükəli olması barədə bütün işəgötürənlərə məlumat verilib:
“Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanvarın 16-dan 18-dək ölkə ərazisində ifrat təhlükəli hidrometroloji hava proqnozu verdiyi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu barədə lazımi tədbirlər görüb. Bütün işəgötürənlərə xəbərdarlıq edilib ki, bu şəraitdə açıq havada işləmək məsləhət deyil”.
News24.az xəbər verir ki, bundan əlavə, “Azərenerji” ASC-nin mərkəzi aparatında və bütün müəssisələrində gücləndirilmiş xüsusi iş rejimi təşkil edilməsi üçün qurumun rəhbərliyi müvafiq əmr verib.
Əmrə əsasən, “Azərenerji”nin struktur tərkibinə aid olan idarə və müəssisə rəhbərlərinə tapşırılıb ki, 17-18 yanvar tarixlərində enerjisistemdə qəza hallarının baş verməməsi və yarana biləcək hər hansı qəza hallarının operativ aradan qaldırılması məqsədi ilə elektrik şəbəkələrində, stansiyalarında və sistem əhəmiyyətli yarımstansiyalarda bütün işçilər iş yerlərində olsun, rəhbər vəzifəli şəxslər iş rejiminə nəzarəti gücləndirsinlər.
Enerjisistemdə qəflətən açılmadan itirilə biləcək gücü əvəz etmək üçün fırlanan ehtiyat güc saxlanılması, Regional və Birləşmiş Dispetçer Xidmətlərinin əməliyyat heyətlərinin işinə nəzarəti gücləndirilməsi də əmrdə xüsusi vurğulanıb.
Eyni zamanda “Azərenerji”nin müəssisələrinin, o cümlədən, mühəndis-kommunikasiya və rabitə xətlərinin mühafizəsinin gücləndirilməsinin təmin edilməsi də məqsəd olaraq qarşıya qoyulub.