Hacıqabulda ağır qəza: ölən və yaralanan var
    • 11-12-2022, 21:24
    • 235

Hacıqabulda ağır qəza: ölən və yaralanan var

Hacıqabulda bir nəfərin ölümü, bir nəfərin isə yaralanması ilə nəticələnən yol qəzası baş verib.

News24.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Pirsaat qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Minik avtomobili qarşıda gedən “KAMAZ” markalı yük maşınının arxa hissəsinə çırpılıb.

Qəza sonucunda  Hacıqabul sakini, 1972-ci il təvəllüdlü Abuzərli Ağabəy Dursun oğlu hadisə yerində ölub. Rayonun digər sakini, 1961-ci il təvəllüdlü Əsgərov Bəxtiyar Əsgər oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda ölənin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.