Burak Özçivit bu hərəkətinə görə TƏNQİD ATƏŞİNƏ tutuldu:
    • 13-12-2022, 11:40
    • 2 475

Burak Özçivit bu hərəkətinə görə TƏNQİD ATƏŞİNƏ tutuldu: "14 yaşlı uşağa..."

Məşhur türkiyəli aktyor Burak Özçivitin Qətərdə amerikalı aktyor Kevin Speysi ilə çəkdirdiyi fotolar izləyiciləri tərəfindən etiraza səbəb olub.

News24.az “Sözcü” nəşrinə istinadən xəbər verir ki, aktyorun tənqid olunmasına səbəb Kevin Speysinin cinsi təcavüz ittihamları ilə gündəmə gəlməsi olub.

Türkiyəli aktyora “14 yaşlı uşaq da daxil olmaqla onlarla digər şəxsə təcavüz” ittihamları ilə tanınan biri ilə foto çəkdirməyin yanlış olduğu bildirilib.

Çoxsaylı etirazlardan sonra Burak Özçivit amerikalı aktyorla olan fotolarını hesabından silib.