Bu şəxslərə üzüüstə yatmaq TÖVSİYƏ EDİLMİR - İdeal yuxu yalnız...
    • 14-12-2022, 12:16
    • 427

Bu şəxslərə üzüüstə yatmaq TÖVSİYƏ EDİLMİR - İdeal yuxu yalnız...

Onurğa sağlamlığına təsir edən bir çox amil var. Bu amillərdən biri də yuxu pozisiyasıdır. 

News24.az xəbər verir ki, yanlış pozisiyada yatmaq bədəndə ağrılara səbəb olduğu üçün insanın həyat keyfiyyətinə mənfi təsir göstərə bilər. 

Səhər qalxdığınız zaman beliniz, kürəyiniz və ya boynunuz ağrıyırsa, yanlış vəziyyətdə yatmış ola bilərsiniz. Yanlış yuxu mövqeyi bəzən yırtıqlara və hətta kalsifikasiyalara səbəb olur. 

Çiyin, bel və boyun bölgələrində ağrıdan əziyyət çəkən şəxslərə üzüüstə yatmaq tövsiyə edilmir. Bel yırtığı olanlar üçün ən yaxşı yuxu mövqeyinin yanüstə yatmaq olduğu müəyyən edilib. Yanüstə yatarkən ayaqların arasına yastıq qoyulmalıdır. Boyun yırtığı olanların arxası üstə uzanması və boyun qövsünü dəstəkləyən yastıqdan istifadə etməsi düzgün seçimdir. İdeal yuxu mövqeyi arxa və ya yanüstə uzanmaqdır. Yan vəziyyətdə xəstənin iki ayağı arasına qoyulan yastıq onurğa üçün faydalıdır. /CNN Türk/