İranda ən böyük korrupsionerlərdən biri Dərmoni dar ağacından asılıb
    • 22-12-2018, 17:05
    • 967

İranda ən böyük korrupsionerlərdən biri Dərmoni dar ağacından asılıb

İranda çoxlu iqtisadi məsələlərdə ciddi qanun pozuntularına yol vermiş korrupsioner Həmid Rza Baqiri Dərmoni edam edilib.
 
İranda son illərin ən böyük korrupsionerlərindən olan Dərmonu haqda məhkəmənin çıxardığı edam hökmü bu gün sübh icra edilib.
 
Qeyd edək ki, Dərmonu İranda iqtisadi məsələlər üzrə məhkum edilən ən böyük korrupsionerlərdən biri idi. Banka milyardlarla borcu olan bu şəxs, cinayət bandaları təşkil etməkdə, dələduzluq etmək, saxtakarlıq, əvvəldən əlbir olma, müxtəlif qurumlara rüşvət təklif etmək, formal və brukratik şirkətlər təsis etmə, çirkli pulların yuyulması və sair ittihamlarla təqsirləndirilirdi.
 
Ötən həftə korrupsionerin məhbəsdən qaçma cəhdi və qaçış planının baş tutmamsı ilə bağlı xəbərlər yayılmışdı.
 
Xatırladaq ki, ötən ay İran Məhkəmə Hakimiyyətinin korrupsiya ilə mübarizə ilə bağlı addımları çərçivəsində bu ölkədə daha iki korrupsioner edam edilib.

//SalamNews