Türkiyə, Türkmənistan və Azərbaycan arasında 5 müqavilə imzalandı
    • 14-12-2022, 15:08
    • 214

Türkiyə, Türkmənistan və Azərbaycan arasında 5 müqavilə imzalandı

Türkmənistanda keçirilən "Türkiyə-Azərbaycan-Türkmənistan Prezidentlərinin Birinci Zirvə Toplantısı"nda dövlətlər arasında 5 müqavilə imzalanıb.

News24.az xəbər verir ki, toplantıda ticarət, elm, təhsil, mədəniyyət, gömrük, enerji və nəqliyyat sahələrində sazişlər imzalanıb.

“Ticari-iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası Saziş”i Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Batır Atdayev, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının ticarət naziri Mehmet Muş imzalayıblar./İHA/

Qumral Əliyeva