-
- 14-12-2022, 15:35
- 421
"Uşaqlar 1 saatdan çox hərəkətsiz qalmamalıdır" - Azad Əkbərzadə
"Uşaqlara gündə ən az 4 növ süd məhsulu vermək lazımdır. Söhbət təkcə süddən getmir. Bundan əlavə, uşaqlar gündə ən az 3 saatdan çox hərəkət etməlidir. Həmçinin gün ərzində 1 saatdan çox hərəkətsiz qalmamalıdırlar".
News24.az-ın məlumatına görə bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə deyib.
O bildirib ki, uşaqlara verilən qidaların çox hissəsi göyərti və tərəvəzlərdən ibarət olmalıdır: "Gün ərzində uşaqlara 5 növ tərəvəz və göyərti daddırmaq lazımdır. Eyni zamanda çay və şirin sulardan uzaq saxlamaq vacibdir. Bu, pəhriz yox, sağlam qidalanmadır. Əgər bunlara əməl etsək, uşaqlarımızı ağır xəstəliklərdən qoruyarıq".