-
- 14-12-2022, 15:55
- 604
"Uşaqlarda piylənmə südəmər dövrdən də başlaya bilər" - Ekspert
"Uşaqlarda piylənmə südəmər dövrdən də başlaya bilər. Əsasən, uşaqlar yediyini "yandıra bilmədiyi" üçün bu hal baş verir. Hərəkətsizliyi nümunə deyə bilərik. Kiçik yaşlardan ana südünə bağlı olan piylənmə çox qorxulu hal deyil, sonradan normasına düşür. Uşaq acmadığı halda onu qidalandırmaq, şirin sular vermək çəkinin artmasına səbəb olur".
News24.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə deyib.
Ekspert bildirib ki, uşaq yaşlarında olan dövrdə yaranan piylənmə ciddi fəsadlar verir: "İnsulin müqaviməti başladığı təqdirdə bu, artıq diabetin xəbərçisi sayılır. Digər nüans kimi təzyiq problemlərini nümunə deyə bilərik. Kök uşaqlarda vaxtından əvvəl cinsi inkişaf problemləri yarana bilər. Belə uşaqlarda metabolik sindromlar, qaraciyər, ağciyər xəstəlikləri, allergiya, tənəffüslə bağlı çətinliklər, damar problemləri, xərçəng riski və s. xəstəliklər özünü büruzə ata bilər".