"Artıq çəki və piylənmə insan ömrünü 10 il azaldır"
    • 8-12-2022, 16:43
    • 341

"Artıq çəki və piylənmə insan ömrünü 10 il azaldır"

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin keçirdiyi tədbirlər təqdirəlayiqdir. Artıq çəki və piylənmə təkcə səhiyyənin yox, bütövlükdə cəmiyyətin ən böyük problemlərindən biridir. Günümüzdə dərman vasitələrinin təchizatı və keyfiyyəti cəmiyyəti və bizi narahat edir".

News24.az
xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin "Sağlam çəkiyə doğru" layihəsinin təqdimat mərasimində Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

O bildirib ki, artıq çəki və piylənmə bir çox xəstəliklərin yaranmasının bilavasitə səbəbidir: "Ürək xəstəliklərini, onkoloji xəstəlikləri, diabeti nümunə deyə bilərik. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqlamalarına görə, artıq çəki və piylənmə insan ömrünü 10 il azaldır. Digər bir məlumat isə odur ki, dünyada 8 milyon insanın 20 milyarddan çoxu artıq çəki və piylənmədən əziyyət çəkir.

Səhiyyə komitəsi olaraq bizim üzərimizə də böyük yük düşür. Bu istiqamətdə yeni qanunların hazırlanması və qanunlara dəyişiklik edilməsi istiqamətində işlər görməliyik ki, əhalinin qorunması istiqamətində əlimizdə hüquqi sənəd olsun".

Məhərrəm Əliyev