Azərbaycanda əhali, xüsusilə uşaqlarda artıq çəki və piylənmə artıb - SOS
    • 19-12-2019, 16:15
    • 1 504

Azərbaycanda əhali, xüsusilə uşaqlarda artıq çəki və piylənmə artıb - SOS

"Azərbaycanda yolxucu olmayan qeyri-infeksion xəstəliklərə çox sıx təsadüf edilir".

News24.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı "Azərbaycanda qeyri- infeksion xəstəliklərin yükü və mübarizə strategiyası" mövzusunda keçirilən tədbirdə bildirib. O qeyd edib ki, bu qeyri-infeksion xəstəliklərindən ölüm halları çoxdur: "Xüsusilə, qeyri-infeksion xəstəliklər insult, infarkt, ürək, qan-damar xəstəliklərinə səbəb olur".

H.Harmancı Azərbaycanda bu sahədə məlumatların araşdırılmasını müsbət addım olduğunu qeyd edib: "Belə ki, Azərbaycanda əhalinin yetərincə meyvə-tərəvəz yemədiyi bəlli olub. Əhalinin çox az qismi meyvə-tərəvəz yeyir. Azərbaycanda duz həddindən artıq istifadə edilir. Qidalanma çox əhəmiyyətlidir. Əhali arasında, xüsusilə uşaqlarda artıq çəki və piylənmə artır. ÜST bu sahədə Səhiyyə Nazirliyinə köməklik göstərməyə hazırdı".

Afaq Mirayiq