Üzdəki çapıqları necə sağaldaq?
    • 15-12-2022, 15:21
    • 1 342

Üzdəki çapıqları necə sağaldaq?

Üz dərimizdə müxtəlif səbəblərdən çapıqlar yaranır. Bu izlərin qalıcılığı bəzən qısa müddətli olsa da, uzun zaman sonra sağalanları da var. Yaraları sağaltmaq üçün istifadə edilən bir çox müalicə variantları var. Bu müalicə variantları ilə yaraları qısa müddətdə sağaltmaq olar. Xüsusilə çapıqları olan insanlar təbii müalicə üsullarına müraciət edirlər. Bəs hansı təbii məhsullar çapıqları sağaldır?

Limon - Limon üzdəki bütün yara faktorlarını yox etmə xüsusiyyətinə malikdir. Birbaşa yaralara təsir edir və sağalma prosesini sürətləndirir. Limon dərini C vitamini ilə qidalandırır və dəridə çapıqların əmələ gəlməsinin qarşısını alır.   

Bal - Bal dəri yaralarının müalicəsi üçün son dərəcə vacibdir. Bu məhsul dərini əhəmiyyətli dərəcədə təmizləyir və bərpa edir. Dəridə faydalı hüceyrələrin çoxalmasını təmin edir.

Buz - Buzu dərinin üzərinə sürtməklə yaraların tez sağalmasına kömək edə bilərsiniz. Buz həmçinin yaradakı iltihab hüceyrələrini məhv edir.

Soğan -  Soğan suyu ayda bir dəfə dəri yaralarına tətbiq olunarsa, çapıqlar əhəmiyyətli dərəcədə yox ola bilər.

Xiyar maskası - Xiyar dilimləri ilə üzü gündə 2 dəfə 30 dəqiqəlik fasilə ilə masaj etməklə çapıqlardan qurtula bilərsiniz.

Aloe Vera Gel - Aloe vera geli təkcə üz yaralarını sağaltmır, həm də çapıqları və yara iltihablarını sağaldır. 

Qumral Əliyeva