Ərdoğan Putin və Bəşər Əsədə görüş təklif etdi
    • 15-12-2022, 16:18
    • 273

Ərdoğan Putin və Bəşər Əsədə görüş təklif etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Suriyanın dövlət başçılarını görüşə dəvət edib.

News24.az xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti əvvəlcə kəşfiyyat xidmətləri rəhbərlərinin, müdafiə nazirlərinin və xarici işlər nazirlərinin görüşlərinin keçirilməsinin vacib olduğunu qeyd edib. 

Ərdoğan vurğulayıb ki, sonda prezidentlər görüşə bilər. O bildirib ki, Rusiya Prezidenti təklifə müsbət baxıb.