-
- 10-06-2019, 20:30
- 1 103
Kafedə sərxoş vəziyyətdə olan şəxsi ölümünə DÖYÜLDÜ
Abşeron rayonunda kafedə tanımadığı şəxsi döyən bir kişi Ali Məhkəməyə müraciət edib.
News24.az-ın məlumatına görə, Cinayət Məcəlləsinin 126.1-ci, yəni qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilən, daha sonra apelyasiya məhkəməsi tərəfindən cəzası 3 ilə endirilən Dostəliyev Nuran Mail oğlu Ali Məhkəmədən işə yenidən baxılmasını və onun barəsində bəraət hökmünün verilməsini tələb edib. Müraciətə Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, N.Dostəliyev Abşeron rayonu, Mehdiabad qəsəbəsi, "Qarabağ" şadlıq sarayının yaxınlığında olan "İkimərtəbə" kimi tanınan kafedə tanımadığı, sərxoş vəziyyətdə olan Elşən Babayevi mübahisə zəminində döyüb.
Kəllə-beyin tramvası ilə xəstəxanaya çatdırılan E.Babayevin həyatını xilas etmək mümkün olub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Dostəliyev 4 il müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apelyasiya Məhkəməsi daha sonra cəzanın müddətini 1 il azaldaraq 3 ilə endirib.