Qaradağda avtomobil maneəyə çırpılıb yandı
    • 17-12-2022, 10:09
    • 158

Qaradağda avtomobil maneəyə çırpılıb yandı

Bakı şəhərinin Qaradağ rayonunda "Mercedes" markalı minik avtomobili dəmir maneəyə çırpılıb.

Bu barədə News24.az-a FHN-dən məlumat verilib. Xəbərə görə, nəticədə avtomobilin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.