"Mercedes" qaz xəttinə ÇIRPILDI - BAKIDA DƏHŞƏTLİ QƏZA
    • 7-11-2019, 10:52
    • 693

"Mercedes" qaz xəttinə ÇIRPILDI - BAKIDA DƏHŞƏTLİ QƏZA

Bakı şəhərinin Sabunçu rayonunda "Mercedes" markalı minik avtomobili yol kənarındakı qaz boru xəttinə çırpılıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, nəticədə avtomobilin mühərrik və salon hissəsi yanıb.

Avtomobilin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.