Dahi Azərbaycan şairi haqqında bədii film ÇƏKİLDİ
    • 19-12-2022, 11:33
    • 217

Dahi Azərbaycan şairi haqqında bədii film ÇƏKİLDİ

Dahi Azərbaycan şairi Nizami Gəncəvi haqqında bədii film çəkilib.

News24.az xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov Azərbaycan-Türkiyə İkinci Birgə Mədəniyyət Komissiyasının iclasında deyib.

O bildirib ki, ekran əsərinin təqdimatı 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində olacaq: "Tammetrajlı filmdə şairin həyat və yaradıcılığından bəhs edilir".