Makron əvvəlcə sevindi, sonra
    • 19-12-2022, 11:41
    • 1 068

Makron əvvəlcə sevindi, sonra "ÇÖKÜŞ" YAŞADI...

2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının finalında Argentina və Fransa milliləri üz-üzə gəlib.  

News24.az xəbər verir ki, Argentinanın penaltilər nəticəsində qalib gəldiyi matçda Fransanın qollarına sevinən prezident Makronun görüntüləri sosial mediada gündəm olub.

Matç ərzində hesabda geridə olan Fransa millisi "oyunu çevirdikdən" sonra prezident Makron böyük ruh yüksəkliyi yaşayıb.  

Penaltilər seriyasında məğlubiyyətə düçar olan Fransa millisinin oyununu izləyən Makron bu dəfə çöküş yaşayıb. Fransa Prezidentinin məyus fotoları sosial şəbəkələrdə müzakirə mövzusu olub. 

Qeyd edək ki, finalı izləyən fəxri qonaqlar arasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da yer alıb.

Görüntüləri təqdim edirik: